Dünya
Türkiyədə çimərlikdə əvvəlcə iki qadın, sonra bir kişi meyiti tapıldı
Türkiyənin Kocaeli vilayətində, Qara dəniz sahilində üç nəfərin cəsədi aşkarlanıb. Oxu.Az bu barədə TGRT telekanalına istinadən xəbər verir. Vilayətin Darıca rayonunda çimərlikdə əvvəlcə iki qadının, daha sonra isə onların yaxınlığında bir kişinin cəsədi tapılıb. Cəsədləri yerli sakinlər aşkar edərək dərhal təcili xidmətlərə məlumat veriblər. Cəsədlər morqa təhvil verilib. Mütəxəssislər ölən şəxslərin kimliyini və ölüm səbəblərini müəyyənləşdirəcəklər.
Mənbə
oxu.az