Dünya
Zelenskidən məşhur cizgi filmi ilə bağlı ŞOK QƏRAR
Ukrayna Prezidenti Volodimir Zelenski "Maşa və ayı" animasiya serialının müəlliflərinə və distribütorlarına qarşı sanksiyaların tətbiq edilməsi barədə fərman imzalayıb. Oxu.Az bu barədə Ukrayna Prezidenti Ofisinin rəsmi saytına istinadən xəbər verir. Sanksiyalar ekran əsərinin yaradılması və yayılmasında iştirak edən beş Rusiya vətəndaşına və dörd təşkilata şamil olunub. Rəsmi bildirişdə qeyd edilir ki, sözügedən cizgi filmi "uşaq kontenti adı altında maskalanmış Rusiya yönümlü narrativləri yayır və Ukraynanın milli təhlükəsizliyinə təhdid yaradır". Qəbul edilən qərar cizgi filminin Ukrayna ərazisində yayımlanmasının qadağan edilməsinə imkan verir.
Mənbə
oxu.az