Siyasət

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

21 Aug 2026, 00:49 2 baxış
Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Azərbaycan Respublikasının Kosta Rikada yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seymur Fətəliyev etimadnaməsinin surətini Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Tovar Riveraya təqdim edib.


Səfirlikdən Axar.az-a verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan–Kosta Rika münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Münasibətlərin siyasi dialoq, qarşılıqlı yüksək səviyyəli səfərlər və ikitərəfli siyasi məsləhətləşmələr vasitəsilə daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.


Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Tovar Rivera Azərbaycanın səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər