Kriminal

Göyçayda stadionda faciə: 60 yaşlı kişi idman edərkən öldü

20 Aug 2026, 15:46 2 baxış
Göyçayda stadionda faciə: 60 yaşlı kişi idman edərkən öldü
Göyçay rayonunda 60 yaşlı kişi stadionda ölüb. Oxu.Az-ın məlumatına görə, rayon mərkəzinin Məhəmməd Əmin Rəsulzadə küçəsində yaşayan 1966-cı il təvəllüdlü Ehtiram Xəlilov bu gün səhər saatlarında stadiona gələrək, orada idman edib. Həmin vaxt o özünü pis hiss edib. Əraziyə həkim briqadası cəlb olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb. E.Xəlilov ürək çatışmazlığından vəfat edib. Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər