Dünya

Kolumbiyada zəlzələ qurbanlarının sayı artır: Son məlumatlar açıqlandı

20 Aug 2026, 12:10 2 baxış
Kolumbiyada zəlzələ qurbanlarının sayı artır: Son məlumatlar açıqlandı
Kolumbiyada baş vermiş dəhşətli zəlzələ nəticəsində azı 319 nəfər həyatını itirib, daha 260 nəfər isə itkin düşmüş hesab olunur. Oxu.Az xəbər verir ki, bu barədə ölkənin rəsmi qurumları məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar zamanı 4 469 nəfər yaralanıb və 364 nəfər isə xilas edilib. Hökumətin son hesablamalarına görə, seysmik hadisə 31 minə yaxın evi tamamilə dağıdıb, 151 995 tikiliyə isə ciddi ziyan dəyib. Xatırladaq ki, avqustun 10-da Kolumbiyanın qərbindəki Çoko departamentinin San-Xose-del-Palmar şəhəri yaxınlığında 7.4 maqnitudalı güclü zəlzələ qeydə alınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər