Digər
Krımın bu şəhəri tamamilə elektriksiz qaldı
Krımın Yevpatoriya şəhəri tamamilə elektriksiz qalıb.
Axar.az xəbər verir ki, bu barədə şəhər administrasiyasının rəhbəri Vitali Ohanesyan məlumat verib.
Onun sözlərinə görə, elektrik enersininin kəsilməsi səbəbindən şəhərə içməli suyun verilməsi də məhdudlaşdırılıb.
“Uşaq bağçaları qısaldılmış qrafiklə fəaliyyət göstərir və şəhərdə tramvay xidməti də dayandırılıb”, - Ohanesyan bildirib.
Qeyd edək ki, "Krımenerqo" şirkəti Ukrayna ordusunun PUA zərbələri nəticəsində bütün Krım ərazisində enerji təchizatına məhdudiyyətlərin tətbiq olunduğunu bildirmişdi.
Mənbə
axar.az