Dünya
Ermənistanda yük maşını bir qrup hərbçini vurdu: Ölən və xeyli yaralı var - FOTO
Ermənistanda ordunun bir hərbçisinin ölümü, altısının isə yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə dünən axşam saatlarında Geğarkunik vilayətində baş verib. Bildirilir ki, hələlik məlum olmayan səbəblərdən QAZ-53 yük maşınının sürücüsü avtomobili bir qrup əsgərin üzərinə sürüb. Nazirlikdən bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində hərbi qulluqçu Suren Vardanyan həyatını itirib. Xəsarət alan altı nəfər hərbçi isə hospitala çatdırılıb, onların həyatı üçün heç bir təhlükə yoxdur. Ermənistan mətbuatında yayılan məlumatlara görə, yaralı hərbçilərdən ikisinin vəziyyəti ağır, dördünün isə kafi qiymətləndirilir. Zərərçəkənlərin hamısında sınıq xəsarətləri diaqnozlaşdırılıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər