Dünya
ABŞ-də FTB-nin keçmiş direktoru Trampı təhdid edib? - Ceyms Kominin paylaşımı gündəm oldu - FOTO
ABŞ Ədliyyə Nazirliyi Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş direktoru Ceyms Kominin ABŞ Prezidenti Donald Trampa qarşı təhdid kimi qəbul edilə biləcək bir paylaşımı qəsdən dərc etdiyini iddia edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Washington Post" (WP) nəşri məlumat verib.
"Ədliyyə Nazirliyindən bildirilib ki, FTB-nin keçmiş direktoru Ceyms Komi sosial şəbəkədəki paylaşımında Prezident Donald Trampın həyatını qəsdən təhdid edib, qismən də ona görə ki, rezonans yaratsın və satışa çıxmağa hazırlanan romanının satışlarını artırsın", - deyə nəşr qeyd edib. Qeyd edək ki, Ceyms Komi "86 47" rəqəmləri şəklində düzülmüş balıqqulaqlarının fotosunu paylaşıb. Tramp ABŞ-nin 47-ci prezidentidir, "86" rəqəmi isə insanın aradan götürülməsi, o cümlədən də qətl kimi xarakterizə olunur. Tənqidlərdən sonra Komi paylaşımı silib. FTB-nin keçmiş direktoru özü isə bəyan edib ki, balıqqulaqlarını gəzinti zamanı tapıb və onları özü sərbəst şəkildə düzməyib. Onun sözlərinə görə, həmçinin rəqəmlərin birləşməsinin təhdid kimi qiymətləndirilə biləcəyindən də məlumatsız olub.

Mənbə
oxu.az
Oxşar Xəbərlər