Dünya
"Android" istifadəçiləri üçün yeni qaydalar: "Google" naməlum tətbiqlərin quraşdırılmasını çətinləşdirir
"Google" şirkəti "Android" cihazlarına yoxlanılmamış tərtibatçılar tərəfindən yaradılan tətbiqlərin quraşdırılması prosesini daha da mürəkkəbləşdirməyə başlayıb. Oxu.Az xəbər verir ki, bu barədə "Android Authority" portalı məlumat yayıb. Məlumata görə, "Google" yeni quraşdırma qaydalarının tətbiqinə start verir. Bu qaydalara əsasən, istifadəçilər naməlum tərtibatçıdan proqram yükləmək istədiklərini təsdiqləməli, cihazı yenidən başlatmalı və tətbiqdən istifadə etmək üçün əlavə olaraq 24 saat gözləməli olacaqlar. Bu cür təhlükəsizlik tədbirinin əsas məqsədi istifadəçilərin dələduzluq xarakterli proqramları yükləməsinin qarşısını almaqdır. Nəşr qeyd edir ki, sözügedən prosedur yoxlanılmamış tərtibatçılardan artıq yüklənilmiş proqramların yenilənməsi prosesinə də şamil ediləcək.
Mənbə
oxu.az
Oxşar Xəbərlər