Kriminal
Şəmkirdə dəhşət: 12 yaşlı faciəli şəkildə öldü
Şəmkir rayonunda 12 yaşlı uşaq faciəli şəkildə ölüb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında rayonun Dağ Daşbulaq kəndində baş verib. Kənd sakini 2012-ci il təvəllüdlü E.Cəfərov güllə yarasından ölüb. İlkin ehtimala görə, azyaşlı evdə olan qoşalülə ov tüfəngi ilə ehtiyatsız davranıb və nəticədə güllə yarasından dünyasını dəyişib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Mənbə
oxu.az