Dünya

ABŞ-də hipersəs raketləri istehsal edəcək startapa 1 milyard dollar ayrılıb

20 Aug 2026, 11:54 2 baxış
ABŞ-də hipersəs raketləri istehsal edəcək startapa 1 milyard dollar ayrılıb
ABŞ-nin "Castelion" adlı müdafiə startapı hipersəs raketlərinin istehsal prosesini sürətləndirmək məqsədilə 1 milyard dollardan çox investisiya cəlb edib. Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri məlumat yayıb. Məlumata əsasən, maliyyə vəsaitləri "Carlyle" investisiya şirkəti, "JPMorgan Chase" bankı və "Andreessen Horowitz" vençur fondu tərəfindən təmin olunub. "Castelion" şirkəti əldə edilən bu vəsaiti "Blackbeard" hipersəs raketlərinin istehsalını intensivləşdirməyə, həmçinin daha böyük ölçülü hipersəs zərbə silahlarının və hava hücumundan müdafiə (HHM) zenit raketlərinin yaradılmasına sərf etməyi planlaşdırır. Nəşr vurğulayır ki, Çinin bu növ silahlara artan tələbatına qarşı çıxmaq üçün Pentaqon özünün hipersəs raket ehtiyatlarını artırmaq niyyətindədir. Eyni zamanda, ABŞ Müdafiə Nazirliyi hərbi-sənaye komplekslərindən "Patriot" kimi ənənəvi hava hücumundan müdafiə sistemlərinin istehsalını artırmağı tələb edir. Qəzet yazır ki, bu, Ukraynadakı hərbi əməliyyatların Qərbin "Patriot" raket ehtiyatlarını ciddi şəkildə azaltması, İrana qarşı gərginliyin isə hərbi arsenalı ABŞ-nin yüksəkrütbəli rəsmilərində narahatlıq doğuracaq səviyyəyə endirməsi ilə əlaqədardır.
Mənbə oxu.az

Oxşar Xəbərlər