İdman

"Qarabağ" - "Tvente" oyununun biletləri satışa çıxarılıb

19 Aug 2026, 22:12 1 baxış
"Qarabağ" - "Tvente" oyununun biletləri satışa çıxarılıb
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununun biletləri satışa çıxarılıb. Oxu.Az xəbər verir ki, bu barədə "Qarabağ" klubu məlumat yayıb. Bildirilib ki, standart biletlərin qiymətləri 5, 10, 15 və 20 manatdır. VİP sektorlarda 50, 75 və 100, VVİP sektorda 150 manatlıq biletlər mövcuddur. Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Qeyd edək ki, oyun avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Komandalar arasındakı ilk matç avqustun 20-də baş tutacaq.
"Qarabağ" - "Tvente" oyununun biletləri satışa çıxarılıb
Mənbə oxu.az

Oxşar Xəbərlər