İdman

"Qarabağ"ın "Tvente" ilə matçının biletləri satışa çıxarıldı

19 Aug 2026, 22:13 2 baxış
"Qarabağ"ın "Tvente" ilə matçının biletləri satışa çıxarıldı

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununun biletləri satışa çıxarılıb.


Bu barədə Axar.az-a klubun mətbuat xidməti məlumat yayıb.


Standart biletlərin qiymətləri 5, 10, 15 və 20 manatdır.


VİP sektorlarda 50, 75 və 100, VVİP sektorda 150 manatlıq biletlər mövcuddur.


Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.


Qeyd edək ki, oyun avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Komandalar arasındakı ilk matç avqustun 20-də baş tutacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər