Kriminal
Astaranın "Bulvarı"nda bir nəfər batıb
Astarada bir nəfər (kişi) dənizdə batıb. Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisənin şəhərin "Bulvar" ərazisində baş verdiyi bildirilir. İlkin məlumata görə, dənizdə batdığı bildirilən şəxs Masallı rayonunun Kosagül kəndinin sakinidir. Bu barədə FHN-in Cənub Regional Mərkəzinə məlumat daxil olub. Onun şəxsiyyəti dəqiqləşdirilir. Hazırda həmin şəxsin axtarışları aparılır.
Mənbə
oxu.az