İdman
Azərbaycanın yunan-Roma güləşçisi dünya çempionu oldu - VİDEO
Azərbaycanın yunan-Roma güləşçisi Ayxan Cavadov U20 dünya çempionatında qızıl medal qazanıb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda Özbəkistan təmsilçisi Dostonbek Oripovu 4:1 hesabı ilə məğlub edib. Beləliklə, Ayxan Cavadov ardıcıl ikinci dəfə U20 dünya çempionu tituluna yiyələnib.
Mənbə
oxu.az