Dünya
Türkiyənin üç bölgəsində meşə yanğınları başlayıb - VİDEO
Türkiyənin Balıkəsir, Bursa və Bolu bölgələrində meşə yanğınları başlayıb. Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, Balıkəsir vilayətinin Sındırgı bölgəsində yanğının, ehtimal ki, sisternin alışması nəticəsində başladığı və qısa müddətdə meşəlik əraziyə keçdiyi bildirilir. Hazırda hadisə yerində 4 təyyarə, 2 helikopter və çox sayda yanğınsöndürən maşın vasitəsilə alovla mübarizə aparılır. Alovun qarşısının alınması istiqamətində fasiləsiz işlər aparılır. Eyni zamanda, Bursanın Mudanya bölgəsində meşə xaricindəki ərazidə başlayan yanğına qurudan və havadan müdaxilə edilir. Bölgənin Çəkricə Məhəlləsi ərazisində, hələlik məlum olmayan səbəbdən meşə kənarında yanğın başlayıb. Hazırda yanğınsöndürmə briqadaları yanğını lokallaşdırmaq məqsədilə havadan və qurudan işləri davam etdirirlər. Bolunun mərkəzində, yaşayış məntəqəsinə yaxın meşəlik ərazidə səbəbi hələ müəyyənləşdirilməyən yanğın baş verib. Yanğınsöndürmə briqadalarının operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınıb və hazırda xilasetmə qrupları tərəfindən bölgədə soyutma tədbirləri görülür.

Mənbə
oxu.az