Dünya
İran "Fransanın xəyanətləri"ni xatırlatdı
Fransanın İran əleyhinə ritorikası, o cümlədən İslam Respublikasından diplomatların çıxarılması Parisin vəziyyətini çətinləşdirir. Oxu.Az-ın xəbərinə görə, bu barədə İran Parlamentinin (Məclis) Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri İbrahim Əzizi bildirib. O qeyd edib ki, İran xalqı "Fransanın xəyanəti"ni unutmayacaq. Daha müddət əvvəl Fransanın xarici işlər naziri Jan-Noel Barro bəyan etmişdi ki, Fransa Tehranda Fransa diplomatik missiyasının iki əməkdaşının saxlanılmasına cavab olaraq yaxın gələcəkdə iki İran diplomatını ölkədən çıxarmaq niyyətindədir. "İran xalqı Fransanın çirklənmiş qan (1980-ci illərdə Fransa şirkətlərinin hemofiliya xəstələri üçün İrana ixrac etdikləri və HİV və hepatit C-yə yoluxmuş qan preparatları ilə bağlı insident - red.), INSTEX (Avropa İttifaqı və İran arasında reallaşdırılmamış ticarət mexanizmi - red.) və "snapback" mexanizmi (BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının bərpasını nəzərdə tutan) kimi məsələlərlə bağlı davamlı xəyanətlərini heç vaxt unutmayacaq", - deyə deputat özünün "Facebook" səhifəsində yazıb. O əlavə edib ki, bu kursun və İran əleyhinə hərəkətlərin davam etdirilməsi Fransanın özünün vəziyyətini ancaq çətinləşdirəcək.
Mənbə
oxu.az