İdman

ÇL: "Sabah" pley-off mərhələsində ilk matçına çıxır

19 Aug 2026, 09:22 2 baxış
ÇL: "Sabah" pley-off mərhələsində ilk matçına çıxır

"Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün ilk matçına çıxacaq.


Axar.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv səfərdə İsrail təmsilçisi "Hapoel"lə (Beer-Şeva) üz-üzə gələcək.


Rumıniyanın paytaxtı Buxarestdəki "Quleşti" stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək qarşılaşmanı italiyalı FİFA referisi Davide Massa idarə edəcək.


Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər