İdman
Çempionlar Liqasında böyük sınaq: "Sabah" "Hapoel Beer-Şeva" SƏFƏRİNDƏ
"Sabah" klubu bu axşam UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxır. Oxu.Az xəbər verir ki, təmsilçimiz bu mərhələnin ilk oyununda İsrailin "Hapoel Beer-Şeva" klubunun qonağı olacaq. Rumıniyanın paytaxtı Buxarestdəki "Quleşti" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Xatırladaq ki, bu mərhələnin cavab qarşılaşması avqustun 25-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. UEFA Çempionlar Liqası Pley-off mərhələsi 19 avqust Saat 23:00, "Hapoel Beer-Şeva" - "Sabah".
Mənbə
oxu.az