Digər

Abdullah Gül sükutu pozdu, Ərdoğana təşəkkür etdi

18 Aug 2026, 20:06 1 baxış
Abdullah Gül sükutu pozdu, Ərdoğana təşəkkür etdi

Türkiyənin 11-ci prezidenti Abdullah Gül "kürd məsələsi"nin həlli ilə bağlı qəbul edilən çərçivə qanunla bağlı açıqlama verib.


Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, Gül sosial media hesabında qanunun qüvvəyə minməsini Türkiyə tarixinin ən mühüm problemlərindən birinin həllində “yeni qapı” kimi qiymətləndirib.


O, atılan addımı cəsarətli adlandıraraq, prezident Rəcəb Tayyib Ərdoğan və MHP sədri Dövlət Baxçalı başda olmaqla, prosesə töhfə verən siyasi liderləri və dövlət rəsmilərini təbrik edib.


“Yaxşı şeylərin olacağına inamımı həmişə qorudum”, - deyə Gül bildirib.


Keçmiş prezident qanunun bütün Türkiyə üçün xeyirli olmasını arzulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər