Digər

Xəzər dənizi sahilində 1500 illik qızıl ayaqqabı tapıldı

18 Aug 2026, 19:44 2 baxış
Xəzər dənizi sahilində 1500 illik qızıl ayaqqabı tapıldı

Qazaxıstanın Xəzər dənizi sahilində yerləşən Mangışlaq yarımadasında arxeoloqlar dünya elmi üçün böyük əhəmiyyət kəsb edən nadir tapıntıya imza atıblar.


Kult.az Baku.vs-yə istinadla xəbər verir ki, Aktau şəhəri yaxınlığındakı Karakabaq nekropolunda aparılan qazıntılar zamanı təxminən 1500 il əvvəl (V–VI əsrlər) dəfn edilmiş gənc və varlı qadına aid məzar aşkarlanıb.


Hamını heyran qoyan əsas detal isə qadının geyimi və qızıl ayaqqabısı olub.


Ayaqqabı gündəlik istifadə üçün yox dəfn mərasimi üçün hazırlanıb.


Ayaqqabı və kəmərlərdəki toqqaların gündəlik istifadəyə uyğun olmaması, bu dəbdəbəli geyimlərin qadının sağlığında geyindiyi əşyalar olmadığını göstərib. Bütün bu bəzək və aksesuarların yalnız dəfn mərasimi üçün xüsusi olaraq istehsal edildiyi qiymətləndirilir.


Arxeoloqların araşdırmalarına görə, ayaqqabılara tamamilə qızıldan hazırlanmış görünüşü verildiyi müəyyən edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər