Cəmiyyət

Bakıda yollar YENİLƏNİR: Bəzi küçə və prospektlərdə təmir başa çatdı - VİDEO

18 Aug 2026, 20:54 2 baxış
Bakıda yollar YENİLƏNİR: Bəzi küçə və prospektlərdə təmir başa çatdı - VİDEO
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə Bakı şəhərində genişmiqyaslı təmir proqramı icra olunur. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, proqram çərçivəsində paytaxtın bütün inzibati rayonlarını əhatə edən 110 küçə və prospektdə təmir işlərinin aparılması nəzərdə tutulub. Artıq 30 yol sahəsində işlər yekunlaşdırılıb, 20-yə yaxın küçə və prospektdə isə təmir işləri davam etdirilir. Təmir işləri mərhələli şəkildə nəzərdə tutulan bütün ünvanlarda həyata keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər