İdman

Çempionlar Liqasında "Sabah"ın rəqibində iki ayrılıq

18 Aug 2026, 20:41 2 baxış
Çempionlar Liqasında "Sabah"ın rəqibində iki ayrılıq

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah"ın rəqibi olan "Hapoel"də (Beer-Şeva) iki ayrılıq yaşanıb.


Axar.az Qol.az-a istinadən xəbər verir ki, Mor Siman Tov Kiryat Şmona Hapoel"inə, Yoav Koren isə "Makkabi"yə (PetaH-Tikva) icarəyə verilib. Hər iki futbolçu 2026/27 mövsümünü adıçəkilən klublarda çıxış edəcək.


Qeyd edək ki, "Sabah"la "Hapoel" arasında ilk oyun avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək. Komandalar arasında cavab matçı isə avqustun 25-də Bakıda olacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər