Kriminal
Göyçayda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar - VİDEO
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Əlibala Əhmədov və Vüsal Qasımov saxlanılıb. Oxu.Az xəbər verir ki, onlardan narkotik vasitələr aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Mənbə
oxu.az