Digər

Rusiya Xarkovu vurdu: 10 ölü, 8 yaralı

18 Aug 2026, 11:23 2 baxış
Rusiya Xarkovu vurdu: 10 ölü, 8 yaralı

Rusiya qoşunlarının Xarkov vilayətinin Peçeneqi qəsəbəsinə raket zərbəsi endirməsi nəticəsində 10 nəfər həlak olub, 8 nəfər yaralanıb.


Axar.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov Teleqram kanalında məlumat yayıb.


O bildirib ki, zərbə nəticəsində 10 fərdi ev, kafe, poçt şöbəsi, mağaza və ən azı 7 avtomobil zədələnib.


Zərbənin nəticələri barədə məlumat dəqiqləşdirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər