Digər
Yeni mövsüm başlayır, "Baku Electronics"də "Seçimlər hazırdır"!
Yeni mövsüm yeni planlar, yeni ehtiyaclar və əlbəttə ki, yeni seçimlər deməkdir. "Baku Electronics" isə bu mövsüm üçün seçimləri artıq sizin üçün hazırlayıb! Avqustun 15-dən sentyabrın 30-dək davam edəcək "Seçimlər hazırdır" kampaniyası çərçivəsində nağd alışlara 60%-dək endirim fürsəti təqdim olunur. Üstəlik, endirimli qiyməti 24 ayadək bölmə imkanı ilə sərfəli endirimlərdən yararlana bilərsiniz. Seçimlər hazırdır, qiymətlər isə daha sərfəli! Kampaniya müddətində seçilmiş məhsulları xüsusi qiymətlərlə əldə etmək mümkündür: Smartfon adapteri 27.99 deyil, 14.99 manat; Çaydan 59.99 deyil, 29.99 manat; Smartfon 799.99 deyil, 679.99 manat; Notbuk 1 299.99 deyil, 999.99 manata təqdim olunur. Yeni mövsümə hazırlaşarkən seçimlərinizi də yeniləyin! İstər eviniz üçün yeni məişət texnikası, istər şəxsi istifadəniz üçün elektronika, istərsə də gündəlik həyatınızı daha rahat edən texnologiyalar axtarırsınızsa, "Seçimlər hazırdır" kampaniyasında sizi fərqli ehtiyaclara uyğun sərfəli təkliflər gözləyir. Kampaniyadan həm bakuelectronics.az saytında onlayn alış zamanı, həm də ölkə üzrə fəaliyyət göstərən "Baku Electronics" mağazalarında yararlanmaq mümkündür. 30 ildən artıqdır ki, Azərbaycanın elektronika və məişət texnikası bazarında fəaliyyət göstərən "Baku Electronics" müştərilərinə keyfiyyətli məhsullar, sərfəli kampaniyalar və yüksək xidmət standartları təqdim edir. Şirkət "Samsung", LG, "Bosch", "Sony", "Huawei", "Xiaomi", "Tefal", "Rowenta", "Panasonic", "Philips", "Kenwood", "Braun" və "De'Longhi" brendlərinin rəsmi distribüteri, "Apple" brendinin isə rəsmi satış təmsilçisidir. Yeni mövsüm başlayır, seçimlər isə artıq hazırdır! Sizə uyğun məhsulu seçin, sərfəli qiymət və ödəniş imkanlarından yararlanın. Ətraflı məlumat üçün: bakuelectronics.az və ya 143.
Mənbə
oxu.az