Kriminal
Yevlaxda xilas olmaq istəyən balıqçı özünü suya atdı, boğulub öldü
Yevlax rayonunda balıqçı suda boğulub. Oxu.Az-ın məlumatına görə, hadisə Yuxarı Şirvan kanalının rayonun Xanabad kəndindən keçən hissəsində baş verib. Yevlax rayonu, Qaramanlı kənd sakini, 1970-ci il təvəllüdlü Tofiq Qaçay oğlu Süleymanov avqustun 17-də saat 1 radələrində kanalda balıq tutarkən idarəetməsində olan qayığın su axınının güclü olduğu bənd istiqamətinə hərəkət etdiyini görüb və özünü suya atıb. O, hadisə yerində boğulub ölüb. Balıqçının meyiti kanalın Ağdaş rayonu, Şəkili kəndi ərazisindən keçən hissəsində aşkar edilib. Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə
oxu.az