İdman
Çempionlar Liqasında pley-off həyəcanı başlayır: "Fənərbağça" meydana çıxır
UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün pley-off həyəcanına start verilir. Oxu.Az xəbər verir ki, turnirin əsas mərhələsinə vəsiqə uğrunda mübarizədə ilk oyunlar bu gün keçiriləcək. Gecənin maraqla gözlənilən qarşılaşmalarından birində Türkiyə nəhəngi "Fənərbağça" Fransanın güclü "Lion" klubunu öz meydanında sınağa çəkəcək. Günün digər həlledici matçlarında isə azarkeşlər "Levski Sofiya" - AEK və "Dinamo Zaqreb" - "Vikinq" duelinin şahidi olacaqlar. UEFA Çempionlar Liqası Pley-off mərhələsi 18 avqust 23:00. "Fənərbağça" - "Lion"; 23:00. "Levski Sofiya" - AEK; 23:00. "Dinamo Zaqreb" - "Vikinq". Qeyd edək ki, Azərbaycanı turnirdə təmsil edən "Sabah" klubunun İsrailin "Hapoel Beer-Şeva" komandasına qarşı pley-off mərhələsində ilk oyunu avqustun 19-da səfərdə keçiriləcək.
Mənbə
oxu.az