Digər

Ərdoğan Trampla danışdı: ABŞ-İran gərginliyi…

18 Aug 2026, 09:14 2 baxış
Ərdoğan Trampla danışdı: ABŞ-İran gərginliyi…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı baş tutub.


Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.


Məlumata görə, Ərdoğan Trampı İran-ABŞ münaqişəsi ilə bağlı diplomatiyadan maksimum dərəcədə istifadə etməyə çağırıb və Türkiyənin sülh səylərini dəstəkləməyə davam edəcəyini bildirib.


O, Trampa Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında bağlanmış “Məkkə sazişi” barədə məlumat verib və bunu regional sabitlik üçün güclü mövqe adlandırıb.


Ərdoğan Qəzzada sülh prosesinin ikinci mərhələyə keçməli olduğu bir vaxtda İsrailin fələstinliləri hədəf alan hərəkətlərinin artması barədə xəbərdarlıq edib.

Mənbə axar.az

Oxşar Xəbərlər