Dünya
Kuril adaları yaxınlığında güclü zəlzələ
Kuril adaları yaxınlığında 5.1 bal gücündə zəlzələ baş verib. Oxu.Az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Mərkəzdən verilən məlumata görə, zəlzələnin episentri Kurilsk şəhərindən 303 km şimal-şərqdə, ocağı isə 91 km dərinlikdə yerləşib. Ölənlər və ya dağıntı barədə hələlik məlumat verilməyib.
Mənbə
oxu.az