Kriminal

Bakıda dəhşət: Qadını 21 dəfə bıçaqladı, sonra evini yandırdı

17 Aug 2026, 23:13 2 baxış
Bakıda dəhşət: Qadını 21 dəfə bıçaqladı, sonra evini yandırdı

Bakıda ağır cinayət hadisəsi baş verib.


Axar.az xəbər verir ki, bu ilin may ayında Bakı şəhəri, Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən həyət evlərindən birində cinayət hadisəsi baş verib.


1974-cü il təvəllüdlü Gülarə Quliyeva 21 dəfə bıçaqlanaraq qətlə yetrilib, daha sonra isə onun yaşadığı ev yandırılıb.


Cinayəti törətməkdə şübhəli bilinən G.Quliyevanın qeyri-rəsmi nikah münasibətində olduğu 1962-ci il təvəllüdlü Heydər Qarayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.


Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət işi açılaraq, istintaq aparılır.


Məsələ ilə bağlı Milli.az-a açıqlama verən Gülarə Quliyevanın qızı Aydan Quliyeva bildirib ki, anası və Heydər Qarayevin 2018-ci ildən münasibətləri olub. O və qardaşı bu münasibətə qarşı olub, çünki H.Qarayev daim analarına şiddət göstərib və onu övladları ilə əlaqə saxlamağa qoymayıb.


"Heydər Qarayevin bundan əvvəl bir rəsmi və bir qeyri-rəsmi nikahı olub və bu münasibətlərindən övladları da var. Hətta H.Qarayev aliment verməmək üçün özünə "dəlilik kağızı" da düzəltdirib"


A.Quliyevanın sözlərinə görə, hadisənin baş verdiyi ev isə anası Gülarə Quliyevaya məxsus olub. Evin yerləşdiyi torpaq sahəsi 2012-ci ildə alınıb və G.Quliyeva 2020-ci ildən həmin torpaq sahəsində tikdirdiyi evdə yaşayıb.


"Hazırda iş üzrə istintaq gedir, Heydər Qarayev isə hadisəni guya anlaqsız vəziyyət törətməsini əsas gətirir və psixi durumunun yerində olmadığını iddia edir. Bununla da o həbsdən yayınaraq, psixatriya mərkəzində qalmaq istəyir. Bütün qonşular onun anama qarşı amansız rəftarını bilib, evi də izi itirmək üçün yandırıb. Belə dəhşətli cinayəti törədən şəxsin layiqli cəza almasını istəyirik".

Mənbə axar.az

Oxşar Xəbərlər