Kriminal

Bakı-Quba yolunda "Mercedes" yük maşınına çırpıldı, beş nəfər xəsarət aldı - FOTO

17 Aug 2026, 16:42 2 baxış
Bakı-Quba yolunda "Mercedes" yük maşınına çırpıldı, beş nəfər xəsarət aldı - FOTO
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Quba rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyətlərini açıqlayıb. Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində xəsarət alan 5 nəfər (2 kişi, 3 qadın) bu gün saat 14:50-də Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir. Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə avqustun 17-də saat 14 radələrində Bakı-Quba yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı minik avtomobil ilə "Iveco" markalı yük avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Bakı-Quba yolunda "Mercedes" yük maşınına çırpıldı, beş nəfər xəsarət aldı - FOTO Bakı-Quba yolunda "Mercedes" yük maşınına çırpıldı, beş nəfər xəsarət aldı - FOTO Bakı-Quba yolunda "Mercedes" yük maşınına çırpıldı, beş nəfər xəsarət aldı - FOTO Bakı-Quba yolunda "Mercedes" yük maşınına çırpıldı, beş nəfər xəsarət aldı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər