Kriminal
Bakıda qətl törətməkdə təqsirləndirilənə məhkəmə ağır cəza verdi
Bakıda tanıdığı şəxsi qətlə yetirməkdə təqsirləndirilən Rauf Sadıqovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən yekun prosesdə hökm oxunaraq təqsirləndirilən 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə ötən il dekabrın 26-da Xətai rayonu NZS qəsəbəsində baş verib. Şəxsi münasibətlər zəminində 1994-cü il təvəllüdlü Rauf Sadıqov 1980-ci il təvəllüdlü Ramin Qarayevi bıçaqla qətlə yetirib. Rauf Sadıqov Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Elgün Həsənli
Mənbə
oxu.az