İdman

Şahruddin keçmiş klubuna qayıda bilər - YENİ TƏKLİF

17 Aug 2026, 11:16 1 baxış
Şahruddin keçmiş klubuna qayıda bilər - YENİ TƏKLİF
Azərbaycan futbol millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev sabiq klubuna qayıda bilər. Oxu.Az Sport24.az-a istinadən xəbər verir ki, "Sumqayıt" 32 yaşlı qolkiperin xidmətində maraqlıdır. "Kimyaçılar" təcrübəli əlcək sahibini heyətinə qatmaq üçün artıq rəsmi təklif də göndəriblər. Məhəmmədəliyev isə yekun qərarını verməyib. Milli komandanın qapıçısı "Sumqayıt"ın təklifini nəzərdən keçirmək və gələcəyi ilə bağlı qərar vermək üçün vaxt istəyib. Tərəflər arasında danışıqların nəticəsindən asılı olaraq, Şahrudinin illər sonra "Sumqayıt"a qayıtması mümkün görünür. Qeyd edək ki, Şahrudin Məhəmmədəliyev 2014-2016-cı illərdə "Sumqayıt"ın formasını geyinib. "Kimyaçılar" mövsümlərarası fasilədə anlaşdığı braziliyalı qolkiper Ceymes Almeyda isə toplanış dönəmində aldığı ağır zədə səbəbindən "Sumqayıt"dan ayrılıb. Xatırladaq ki, Şahruddin Məhəmmədəliyevin xidmətində "Zirə"nin də maraqlı olduğu deyilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər