İdman

"Arsenal"ın futbolçusu İngiltərə Superkuboku tarixində yeni rekord müəyyənləşdirdi

17 Aug 2026, 11:40 2 baxış
"Arsenal"ın futbolçusu İngiltərə Superkuboku tarixində yeni rekord müəyyənləşdirdi
"Arsenal"ın müdafiəçisi Rikardo Kalafyori İngiltərə Superkuboku tarixində son 58 il ərzində ən erkən qola imza atıb. Oxu.Az xəbər verir ki, bu barədə "Opta" portalı məlumat yayıb. İtaliyalı futbolçu "Mançester Siti" ilə qarşılaşmanın 23-cü saniyəsində hesabı açıb. Bu, 1968-ci ildən bəri sözügedən turnirdə vurulan ən erkən qol kimi qeydə alınıb. Həmin vaxt "Mançester Siti"nin hücumçusu Bobbi Ouen "Vest Bromviç"lə oyunda fərqlənmişdi. Qeyd edək ki, "Arsenal" "Mançester Siti"ni 3:0 hesabı ilə məğlub edərək İngiltərə Superkubokunu qazanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər