Kriminal
İmişlidə şin partladı, usta xəsarət aldı
İmişli rayonunda ustanın xəsarət alması ilə nəticələnən hadisə baş verib.
Axar.az xəbər verir ki, hadisə saat 17:00 radələrində İmişli rayonu Məzrəli kəndində qeydə alınıb.
Qoşqulu yük maşınında şin təmiri zamanı partlayış baş verib və usta xəsarət alıb.
Xəsarət alan şəxs İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Mənbə
axar.az