Digər
Rusiya Zelenskiyə sual verən jurnalistə cinayət işi açdı
Rusiya Ukrayna Prezidenti Vladimir Zelenskiyə sual verdiyi üçün alman jurnalistə qarşı cinayət işi açıb.
Axar.az xəbər verir ki, bu barədə TASS mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, “Frankfurter Allgemeine Zeitung” qəzetinin müxbiri Mixael Martens “Avropalılar Ukraynaya daha çox rusu öldürməsinə kömək etmək üçün nə edə bilər” sualını verib.
"Martensə qarşı Rusiya Cinayət Məcəlləsinin 282-ci maddəsinin 2-ci hissəsi (nifrət və ya düşmənçiliyin qızışdırılması) ilə cinayət işi açılıb”, - məlumatda qeyd olunub.
Jurnalistin beynəlxalq axtarışa verilməsi və ona qarşı qiyabi həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə də baxılır.
Mənbə
axar.az