İdman

İslam Maxaçev UFC rekordçusu oldu

16 Aug 2026, 12:24 1 baxış
İslam Maxaçev UFC rekordçusu oldu
Rusiyalı qarışıq döyüş növləri (MMA) idmançısı İslam Maxaçev ardıcıl qələbələrin sayına görə UFC rekordçusu olub. Oxu.Az "Interfax" agentliyinə istinadən xəbər verir ki, Maxaçevin UFC 330 turnirində irlandiyalı İan Qarri üzərində qələbəsindən sonra onun qələbə seriyası 17 döyüşə çatıb. Rekorda çevrilən seriya ABŞ-dəki turnirdə amerikalı Kris Ueyd üzərində qələbə ilə başlayıb. 2022-ci ilin oktyabrında Maxaçev yüngül çəkidə UFC çempionu olub, kəmərini dörd dəfə müdafiə edib, daha sonra isə yarımorta çəki dərəcəsinə keçib və hazırda bu kateqoriyada kəmər sahibidir. UFC-nin bundan əvvəlki rekordu - ardıcıl 16 qələbə - braziliyalı Anderson Silvaya məxsus idi.
İslam Maxaçev UFC rekordçusu oldu
Mənbə oxu.az

Oxşar Xəbərlər