Dünya

İstanbulda italiyalı professor evində ölü tapıldı: İstantaq başlandı

16 Aug 2026, 16:32 1 baxış
İstanbulda italiyalı professor evində ölü tapıldı: İstantaq başlandı
Türkiyədə, İstanbul şəhərinin Beyoğlu rayonunda italiyalı professor Rucero D'Ancelo yaşadığı evdə ölü tapılıb. Oxu.Az NTV telekanalına istinadən xəbər verir ki, hadisə avqustun 5-i Hacıahmet məhəlləsində baş verib. Uzun illər İstanbuldakı İtaliya liseylərində və universitetlərində müəllim işləyən professor D'Ancelodan gün ərzində xəbər ala bilməyən əmlakçı Ethem İ. ehtiyat açarla onun yaşadığı mənzilə daxil olub. Ethem İ. otaqlardan birində D'Ancelonu çarpayının üzərində yarıçılpaq, yanıüstə uzanmış və hərəkətsiz vəziyyətdə tapıb. D'Ancelonun reaksiya vermədiyini görən Ethem"112 Təcili Zəng Mərkəzi"nə məlumat verib. Evə daxil olan tibb əməkdaşlarının keçirdiyi müayinə zamanı D'Ancelonun həyatını itirdiyi müəyyən edilib. Aparılan ilkin baxış zamanı D'Ancelonun bədənində gözlə görünən xəsarət, kəsici və ya deşici alət izlərinə rast gəlinməyib. Onun cəsədi dəqiq ölüm səbəbinin müəyyən edilməsi məqsədilə Məhkəmə-Tibbi Ekspertiza Qurumunun morquna aparılıb. Prokurorluq tərəfindən şübhəli hesab edilən hadisə ilə bağlı istintaq başlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər