Kriminal

Goranboyda QƏZA: Bir ton yanacaq yola töküldü - FOTO

16 Aug 2026, 14:36 3 baxış
Goranboyda QƏZA: Bir ton yanacaq yola töküldü - FOTO
Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, Türkiyə vətəndaşı, 1969-cu il təvəllüdlü S.Hakyemezin idarə etdiyi "Iveco" markalı iritonnajlı yük avtomobili magistral yolun dəmir arakəsməsinə dəyib. Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib. Yük avtomobilnin yük yerində olan dəmirlər yola dağılıb, bundan başqa avtomobildən bir tona yaxın yanacaq yola tökülüb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib, yolda dağılan yanacaq yuyulub. Faktla bağlı araşdırma aparılır.
{{gallery}}
Goranboyda QƏZA: Bir ton yanacaq yola töküldü - FOTO Goranboyda QƏZA: Bir ton yanacaq yola töküldü - FOTO Goranboyda QƏZA: Bir ton yanacaq yola töküldü - FOTO Goranboyda QƏZA: Bir ton yanacaq yola töküldü - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər