Kriminal
Beyləqanda kanalda batan 19 yaşlı qızın meyiti tapıldı
Beyləqanda Qarabağ kanalında batan şəxsin kimliyi məlum olub. Oxu.Az "Report"a istinadən xəbər verir ki, kanalda batan şəxs rayon sakini, 19 yaşlı Rəvanə Rəşad qızı Hümbətəliyevadır. Axtarışlar nəticəsində R.Hümbətəliyevanın nəşi batdığı yerdən bir neçə kilometr aralıda, rayonun Kürdlər kəndi ərazisində tapılaraq aidiyyəti üzrə təhvil verilib. Onun hansı şəraitdə suya düşməsi hələlik məlum deyil.
Mənbə
oxu.az