Kriminal

Ucarda "Mercedes" qəzaya uğradı: Xəsarət alanlar var

16 Aug 2026, 13:48 3 baxış
Ucarda "Mercedes" qəzaya uğradı: Xəsarət alanlar var
Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Müsüslü kəndindən keçən hissəsində baş verib. Belə ki, Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Aydın Əliyevin idarə etdiyi "Mercedes" markalı minik maşını beton arakəsməyə çırpılıb. Nəticədə sürücü A.Əliyev, sərnişinləri - Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Günel Əliyeva və Tovuz şəhər sakini, 1958-ci il təvəllüdlü Şura Tağıyeva müxtəlif xəsarətlər alıblar. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər