Ukrayna Rusiyanın dərinliklərini bu dronlarla vurur
Britaniya dronları artıq Rusiyaya zərbələr endirir. Ukrayna onlardan Rusiyanın neft emalı zavodlarına uzaq məsafəli hücumlar üçün istifadə edir.
Axar.az xəbər verir ki, bu barədə “Tayms” məlumat yayıb.
“Son altı ay ərzində Ukrayna ordusu ölkə sərhədlərindən kənarda yerləşən hədəfləri vurmaq üçün Britaniya dronlarından istifadə etməyə başlayıb. Bunların arasında əvvəllər Kral Dəniz Qüvvələri tərəfindən sınaqdan keçirilmiş reaktiv mühərrikli “Nyan” PUA-sı da var. İkinci dronun adı hələ açıqlanmayıb”, - nəşr bildirib.
Qeyd olunub ki, PUA-lar Moskva, Yaroslavl və Volqoqrad yaxınlığındakı neft emalı zavodlarına zərbələr endirmək üçün istifadə olunur. "Nyan" həmçinin Belqorod yaxınlığındakı hədəflərə qarşı da istifadə edilib.