Dünya

KİV: Ukrayna Rusiyaya zərbələrdə ilk dəfə Britaniya dronlarından istifadə edib

16 Aug 2026, 13:40 3 baxış
KİV: Ukrayna Rusiyaya zərbələrdə ilk dəfə Britaniya dronlarından istifadə edib
Böyük Britaniya istehsalı olan pilotsuz uçuş aparatları (PUA) ilk dəfə olaraq Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiya ərazisinə uzaqməsafəli zərbələr endirmək üçün istifadə edilib. Oxu.Az xəbər verir ki, bu barədə "The Sunday Times" nəşri Ukrayna silahlı qüvvələrindəki bir neçə mənbəyə istinadən yazır. Nəşrin məlumatına görə, Böyük Britaniyanın iki şirkətinin istehsalı olan dronlar son altı ay ərzində Ukrayna Silahlı Qüvvələri tərəfindən uzaqməsafəli zərbələrin endirilməsi əməliyyatlarında tətbiq olunub. Hədəflər arasında Volqoqrad və Yaroslavldakı neft emalı zavodlarının adları qeyd olunur. Qeyd olunur ki, uzaqməsafəli zərbələr üçün istifadə edilən aparatlar arasında "Nyan" reaktiv PUA da olub. O, Böyük Britaniyanın "BAE Systems" şirkətinin bölməsi olan "Callen-Lenz" tərəfindən hazırlanıb. İkinci istehsalçının adı təhlükəsizlik səbəbilə açıqlanmır.
Mənbə oxu.az

Oxşar Xəbərlər