Digər

Tramp jurnalistləri təhlükəyə atıb

16 Aug 2026, 12:17 1 baxış
Tramp jurnalistləri təhlükəyə atıb

ABŞ Prezidenti Donald Trampla birlikdə Türkiyədən Britaniyaya səfər edən jurnalistlər onun təyyarəsini gizli şəkildə dəyişdirdiyindən xəbərsiz olublar.


Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.


“Jurnalistlər aldadıldıqlarını və potensial təhlükəyə məruz qaldıqlarını deyiblər. Onlar prezidentin fəaliyyətini işıqlandırarkən müəyyən riskləri qəbul etdiklərini, lakin təhlükəsizlik əməliyyatında xəbərləri olmadan istifadə olunmağa razı olmadıqlarını qeyd ediblər.


Bəzi jurnalistlər Ağ Evin onların təhlükəsizliyini lazımi şəkildə nəzərə alıb-almadığını sorğulayıb və bu hadisənin administrasiyaya olan etimadı sarsıdıb”, - məlumatda bildirilib.


Qeyd edək ki, Tramp Türkiyədən qayıdan zaman gizli yolla təyyarəsini dəyişmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər