Digər

“Qara qu quşu” dövrü: Müharibə qəfil başa çata bilər

16 Aug 2026, 08:00 4 baxış
“Qara qu quşu” dövrü: Müharibə qəfil başa çata bilər

Ukraynada müharibə şərti olaraq “qara qu quşu”, yəni Rusiyanın daxilində baş verə biləcək gözlənilməz böhran səbəbindən qəfil başa çata bilər.


Axar.az xəbər verir ki, bu fikri “Naspravdi”yə müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin İnnovativ Fəaliyyət üzrə Mərkəzi İdarəsinin zabiti, hərbçi, sahibkar və bankir Andrey Onistrat deyib.


Onistrat bildirib ki, müharibənin yaxın bir il ərzində başa çatacağına çox az inanır:


“Hərçənd hazırda müharibənin başa çatması üçün, məsələn, bir il əvvəlkindən daha çox zəmin var”.


Onistratın fikrincə, hazırda biz “qara qu quşu dövründə” yaşayırıq. Yəni gözlənilməz bir hadisə səbəbindən vəziyyət hazırda köklü şəkildə dəyişə bilər. Bu kontekstdə hərbçi 2023-cü ilin iyununda Yevgeni Priqojinin və onun “Vaqner” qrupunun qiyamını xatırladıb:


“İndi mən hesab edirəm ki, yenidən hansısa “qara qu quşu” baş verə bilər. Bu, FTX daxilində hansısa çevriliş ola bilər. Bu, hər hansı daxili çevriliş və ya başqa bir hadisə də ola bilər. Bunu proqnozlaşdırmaq çətindir. Elə buna görə də o, “qara qu quşudur” – çünki heç kim bunun nə olacağını bilmir”.

Mənbə axar.az

Oxşar Xəbərlər