İdman

İngiltərə Superkuboku: "Mançester Siti" "Arsenal"a QARŞI

16 Aug 2026, 08:00 3 baxış
İngiltərə Superkuboku: "Mançester Siti" "Arsenal"a QARŞI
Bu gün İngiltərə Superkubokunun final matçı keçiriləcək. Oxu.Az xəbər verir ki, İngiltərə kubokunun qalibi "Mançester Siti" ilə ölkə çempionu "Arsenal" üz-üzə gələcək. Mövsümün ilk titulunu qazanmaq istəyən hər iki komanda üçün bu matç həm də yeni futbol ili öncəsi ciddi sınaq olacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Qarşılaşma Uelsin Kardiff şəhərində yerləşən, 73 931 tamaşaçı tutumuna malik "Millennium" stadionunda keçiriləcək. 16 avqust İngiltərə Superkuboku "Mançester Siti" - "Arsenal". Saat: 18:00. "Millennium" stadionu, Kardiff.
Mənbə oxu.az

Oxşar Xəbərlər