İdman
Fransa Superkubokunun finalı: PSJ - "Lans"ı sınağa çəkir
Bu gün Fransa Superkubokunun final matçı keçiriləcək. Oxu.Az xəbər verir ki, son Fransa çempionu PSJ ilə ölkə kubokunun qalibi "Lans" üz-üzə gələcək. Paris təmsilçisi mövsümə daha bir titul qazanaraq başlamaq, "Lans" isə güclü rəqibinə qarşı sürpriz edərək Superkuboku əldə etmək niyyətindədir. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Qarşılaşma Fransanın Lans şəhərində yerləşən, 38 223 tamaşaçı tutumuna malik "Stade Bollaert-Delelis" stadionunda keçiriləcək. 16 avqust Fransa Superkuboku PSJ - "Lans". Saat: 22:45. "Stade Bollaert-Delelis", Lans.
Mənbə
oxu.az