Digər

Ukraynada sovet generalının abidəsi söküldü

16 Aug 2026, 01:22 2 baxış
Ukraynada sovet generalının abidəsi söküldü

Ukraynanın Dnepr şəhərində Sovet İttifaqı Qəhrəmanı, general Vasili Marqelova ucaldılmış abidə sökülüb.


Axar.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.


Məlumata görə, sökülən abidənin yerində ukraynalı desantçılara həsr olunmuş yeni monument ucaldılacaq. Dnepr şəhər rəhbərliyi avqustun 14-də Marqelovun abidəsinin sökülməsi ilə bağlı qərar qəbul edib. Təşəbbüs şəhər icra komitəsi tərəfindən təsdiqlənib, daha sonra qərarı şəhər meri Boris Filatov imzalayıb.


Qeyd edək ki, Vasili Marqelov Dnepropetrovskda (indiki Dnepr) anadan olub. O, 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Marqelov İkinci Dünya müharibəsi illərində Ukraynanın və Avropa ölkələrinin işğaldan azad edilməsində iştirak edib. Müharibədən sonra 20 ildən çox SSRİ Hava-Desant Qoşunlarına rəhbərlik edib.

Mənbə axar.az

Oxşar Xəbərlər