Dünya

Trampdan Kim Çen Inla bağlı maraqlı paylaşım - FOTO

16 Aug 2026, 02:01 1 baxış
Trampdan Kim Çen Inla bağlı maraqlı paylaşım - FOTO
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla çox yaxşı yola getdiyini bildirib. Oxu.Az xəbər verir ki, Tramp özünün "Truth Social" sosial şəbəkəsində Kim Çen Inla fotosunu paylaşıb. "Bu konkret fotodakı xoşagəlməz görünüşə baxmayaraq, gülümsədiyimiz çoxlu fotolar var", - deyə Tramp yazıb. May ayında Tramp Şimali Koreya lideri ilə əlaqə saxladığını bildirmişdi. Bundan sonra jurnalistlər ABŞ Prezidentindən onların arasında məhz hansı formada ünsiyyətin olduğunu soruşublar. Tramp isə bunun vacib olmadığını deyərək təfərrüatı açıqlamaqdan imtina edib. Həmin vaxt Tramp Şimali Koreya liderinin son dövrlərdə sakit olduğunu demişdi. Bununla yanaşı, o, Kim Çen Inla əla münasibətlərinin olduğunu və Şimali Koreya liderinin ABŞ-yə hörmətlə yanaşdığını vurğulamışdı.
Trampdan Kim Çen Inla bağlı maraqlı paylaşım - FOTO Trampdan Kim Çen Inla bağlı maraqlı paylaşım - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər